"Yuventus" 3 xalı son saniyələrdə qazandı

İtaliya A Seriyasında 28-ci tura start verilib.

Metbuat.az-ın məlumatına görə, "Yuventus" "Milan"ı qəbul edib. Ev sahibləri 30-cu dəqiqədə Benatianın vurduğu qolla hesabda önə keçiblər. Ancaq çox keçmədən "Milan" hesaba tarazlıq gətirib. Bakka fərqlənib.

Görüşün sonları daha da gərgin alınıb. Matçın əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə "Milan" azlıqda qalıb. Sosa qırmızı vərəqə ilə cəzalandırılıb. Çox keçməmiş "qırmızı-qaralar"ın qapısına penalti təyin olunub. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Dibala son saniyələrdə "Yuventus"a 3 xal qazandırıb.

İtaliya A Seriyası

28-ci tur

"Yuventus" - "Milan" - 2:1

Qollar: Benatia, 30, Dibala, 90+7 (pen.) - Bakka, 43

Qırmızı vərəqə: Sosa, 90+3 ("Milan")

Xallarının sayını 70-ə çatdıran "Yuventus" turnir cədvəlinə başçılıq edir. Aktivində 50 xal olan "Milan" isə 7-ci sırada qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR