Xırdalanda şirkət avtomobili “KamAZ”a çırpıldı: ölən var

Xırdalanda şirkət avtomobili “KamAZ”a çırpıldı: ölən var
01:59 11 Mart 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, “Coca-cola” şirkətinə məxsus “İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü “KamAZ” markalı avtomobilə arxadan çırpılıb.

 

 

Qəza nəticəsində “Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övlad atasıdır. Onun həyat yoldaşı üçüncü övladlarına hamilədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR