ABŞ-da nə baş verir? - 46 prokurora İSTEFA TƏLƏBİ

ABŞ-da nə baş verir? - 46 prokurora İSTEFA TƏLƏBİ
04:23 11 Mart 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns ona tabe olan və əvvəlki prezident Barak Obamanın dövründə təyin edilən 46 federal prokurorun istefasını tələb edib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda bildirilir.

"Əvvəlki hakimiyyət ötürülməsi hallarında olduğu kimi, keçmiş administrasiya tərəfindən namizədliyi irəli sürülmüş bir çox federal prokurorlar, artıq Ədliyyə Nazirliyini tərk ediblər. Baş prokuror indi prezident Obama tərəfindən təyin edilmiş digər 46 prokurordan hakimiyyətin eyni vaxtda təhvil verilməsini təmin etmək üçün istefa barədə ərizə verməyi xahiş edib", - deyə məlumatda bildirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR