“Brexit”in başlanma tarixi bəlli oldu

“Brexit”in başlanma tarixi bəlli oldu
05:44 11 Mart 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Martın 14-də Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər.

 

APA-nın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi nazirlər kabinetinin təkidi göstərilir.

 

Martın 13-də Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının  “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri müzakirə edəcək.

 

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR