Galaxy S7 və S7 Edge ucuzlaşdı

Galaxy S7 və S7 Edge ucuzlaşdı
07:12 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung Electronics" şirkəti "Galaxy S7" və "S7 Edge" smartfonlarının pərakəndə satış qiymətinin endirilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin ABŞ seqmentinin rəsmi internet mağazasında dərc edilən məlumatda deyilir.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan sonra ötən ilin qabaqcıl model sırasından olan smartfonları 100 dollar ucuz əldə etmək mümkün olacaq.

Smartfonların pərakəndə satış qiymətinin azaldılması "Samsung"un yeni qabaqcıl "Galaxy S8" modelinin təqdimatı ərəfəsində anbar ehtiyatlarını boşaltmaq istəyi ilə izah olunur.

Maraqlıdır ki, smartfonların qiymətinin aşağı salınması yalnız Asiya və Şimali Amerika bazarına şamil edilib və Avropada smartfonların qiyməti dəyişməz qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/524600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR