Hipertoniyanın kəskinləşmə səbəbi məlum oldu

Hipertoniyanın kəskinləşmə səbəbi məlum oldu
07:18 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Tədqiqatçılar bu nəticəyə gəliblər ki, hipertoniyanın - arterial təzyiqin davamlı yüksəlişinin kəskinləşməsi insanın uşaq vaxtı keçirdiyi stress və bunun nəticəsində beynə qan axınının dəyişməsi ilə əlaqədar ola bilər.

Publika.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Novosibirsk Sitologiya və Genetika İnstitutunun alimlərinin fikrincə, hipertoniya erkən yaş dövründə baş-beyində sinir fəallığının və qan dövranının dəyişməsi ilə bağlı ola bilər. Bu nəticə iki qrup siçovulun müqayisəli təhlili əsasında əldə edilib. Birinci qrupda olan siçovullar sakit tərzdə böyüdüyü halda, ikinci qrup gəmiricilər erkən yaşda sinir sarsıntısı keçirib. İkinci qrup siçovullarda daha sonra baş-beynin fəallığında “metamorfozlar”, habelə bəzi arteriyalarda qan cərəyanının dəyişməsi müşahidə edilib. Bu heyvanların baş-beynində prefrontal qabıq daha az fəallığı, hipotalamus hissə isə yüksək fəallığı ilə fərqlənib. Alimlər nəzarət qrupunda bu cür dəyişiklik müşahidə etmyiblər.

Tədqiqatçılar güman edirlər ki, əldə edilmiş nəticələr insanlarda hipertoniya vəziyyətində daha effektiv tədbir görməyə imkan verəcək. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/190905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR