PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb

PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb
07:57 11 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Qabonda PSJ klubunun (Fransa) azarkeşi futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında "Barselona"ya (İspaniya) məğlubiyyətə görə (1:6) onu ələ salan dostunu qətlə yetirib.
"Report" AFP-yə istinadən xəbər verir ki, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib.
Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/psj-nin-azarkesi-barselona-ya-meglubiyyete-gore-ona-gulen-dostunu-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR