“Google” ən populyar mobil əlavələri elan etdi

“Google” ən populyar mobil əlavələri elan etdi
08:05 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Play Store Google" 5 illiyi münasibətilə ən populyar mobil əlavə və oyunların siyahısını dərc edib.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilk iki yeri, gözlənildiyi kimi, "Facebook" və "Facebook Messenger" tutublar. Üçüncü yerdə isə "Pandora Radio" internet radiosu qərarlaşıb.

Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq "Instagram" və "Snapchat" əlavələri tutublar.

Ayrıca bir siyahıya isə ən populyar oyunlar daxil edilib. İlk beş yeri "Candy Crush Saga", "Subway Surfers", "Temple Run 2", "Despicable Me" və "Clash of Clans" kimi hitlər tutublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/524605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR