İşa namazının qılınma müddəti nə zamana kimidir?

İşa namazının qılınma müddəti nə zamana kimidir?
08:17 11 Mart 2017
207 Ölkə
Ölkə mətbuatı
A- A+

İşa namazının vaxtı məğrib azanı veriləndən bir məğrib namazı qılınacaq müddət keçəndən sonra başlayır və gecə yarısına kimi davam edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, göründüyü kimi, əvvəlcə məğrib, daha sonra işa namazı qılınmalıdır, işa namazını məğrib namazından əvvəl qılmaq batildir. Gecə yarısı - bu günün məğrib azanından sabahın sübh azanına kimi keçən müddətin yarısıdır. Əgər üzrlü və ya üzrsüz səbəbə görə gecə yarısına kimi məğrib və işa namazları qılınmasa, sübh azanı verilənə kimi qılına bilər. Amma bu zaman nə əda, nə də qəza niyyəti edilir. Yəni niyyət edilir ki, öhdəmdə olan məğrib və ya işa namazını qılıram. Sübh azanı veriləndən sonra isə məğrib və işa namazları qəzaya qalmış sayılır və qəza niyyəti ilə qılınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR