Los-Anceles xəritədən silinə bilər

Los-Anceles xəritədən silinə bilər
08:17 11 Mart 2017
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kaliforniya ştatı sahillərində Rixter cədvəli ilə 7,3 bal və ya daha şiddətli zəlzələnin baş verməsi ehtimalı mövcuddur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qənaətə mütəxəssislər regionda okean dibinin təhlilini həyata keçirəndən sonra gəliblər.

Qeyd edilib ki, Los-Anceles və San-Dieqo ətrafında sualtı yer qabığının çatlaması 30-40 faiz ətrafındadır. "Bu, o demək deyil ki, güclü zəlzələ olacaq. Amma 5 və ya 6 bal gücündə yeraltı təkan kifayət edəcək ki, Kaliforniyada ciddi dağıntılar qeydə alınsın".

Mütəxəssislər qeyd edib ki,sonuncu dəfə bu cür zəlzələ 1933-cü ildə Lonq-Biçdə baş verib. Həmin zəlzələ nəticəsində 113 nəfər həlak olub.

Qeyd edək ki, Kaliforniya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən hesab olunur. 1906-cı ildə San-Franssiskoda baş vermiş zəlzələ nəticəsində 3 mindən çox adam həlak olmuş, şəhər tamamilə dağılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR