Xırdalanda qəza: Sürücü ölən iş yoldaşını qoyub qaçdı - FOTO

Xırdalanda qəza: Sürücü ölən iş yoldaşını qoyub qaçdı - FOTO
08:18 11 Mart 2017
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, “Coca-cola” şirkətinə məxsus “İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü “KamAZ” markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində “Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 35 yaşlı Aydın Kosayevin iki azyaşlı övladı var. Həyat yoldaşı isə üçüncü övladına hamilə imiş.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR