“Samsung” ABŞ-da yarım milyon iş yeri açacaq

“Samsung” ABŞ-da yarım milyon iş yeri açacaq
08:32 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" şirkəti ABŞ-da istehsala iri investisiya yatırmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadən məlumat verib.
 
İlkin investisiyalar 300 milyon dollar təşkil edəcək. "Samsung" məişət texnikası istehsalının bir hissəsini Meksikadan ABŞ-a köçürməyi planlaşdırır. Beləliklə, şirkət ABŞ-da təxminən 500 min yeni iş yeri yarada bilər.
 
Mənbənin məlumatına görə, "Samsung"un ABŞ-da istehsal yaratmaq həvəsi Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra yaranıb. Belə ki, Tramp bütün şirkətləri ABŞ-da yeni iş yerləri yaratmağa çağırıb.
 
"Samsung"un nümayəndəsi CNBC telekanalına bildirib ki, şirkət ABŞ-da məişət texnikası istehsalı müəssisəsinin yaradılması ilə bağlı ilkin danışıqlar aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/524608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR