Xırda həşəratları, cücüləri öldürmək olarmı?

Xırda həşəratları, cücüləri öldürmək olarmı?
08:47 11 Mart 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam baxımından, bütün canlı və cansız aləm Allah tərəfindən İnsanın ixtiyarına verilib və bütün bunlar Allahın əmanəti sayılır. İnsan əbəs yerə təbiəti məhv etməməlidir. Heyvanlara və bitkilərə qayğı ilə yanaşmaq, onları incitməmək, mənasız yerə qırmamaq tövsiyə edilir. Amma əgər hansısa heyvan ya bitki insana zərər yetirirsə, yaxud daha böyük və xeyirli bir məqsədə çatmaq üçün onları aradan götürmək tələb edilirsə, buna icazə verilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, məsələn, insanın həyatına təhlükə törətdiyi halda yırtıcı və zəhərli heyvanları öldürmək olar. Məhsula ziyan verən siçan və s. kimi gəmiriciləri, qarışqa və çəyirtkələri, insanı narahat edən və xəstəlik yayan milçək, ağcaqanad kimi həşəratları qırmağa da icazə verilir. Yaxud əgər məsələn, ev tikmək üçün ağac maneçilik törədirsə, onu kəsməyin də günahı yoxdur. Bir daha təkrar edirik ki, heyvan və bitkiləri mənasız yerə, səbəb olmadan, qəddarcasına məhv etmək olmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR