“Real”ın prezidentinə şübhəli paket göndərilib

“Real”ın prezidentinə şübhəli paket göndərilib
08:57 11 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" futbol klubunun prezidenti Florentino Peresə  içərisində şübhəli ağ toz olan paket göndərilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Santyaqo Bernabeu" stadionuna göndərilən bağlama Florentino Peresə ünvanlanıb.
 
Hadisə yerinə gələn mütəxəssislər tozun zərərsiz olduğunu müəyyən edib. Paketin ekspertizaya göndərildiyi bildirilir.
 
Bəzi İspaniya KİV-lərinin məlumatına görə, şübhəli paket "Santyaqo Bernabeu" stadionuna İtaliyadan göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR