Azarkeş "Barselona"ya məğlubiyyətə görə DOSTUNU ÖLDÜRDÜ

Azarkeş "Barselona"ya məğlubiyyətə görə DOSTUNU ÖLDÜRDÜ
09:22 11 Mart 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Qabonda PSJ klubunun (Fransa) azarkeşi futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında "Barselona"ya (İspaniya) məğlubiyyətə görə (1:6) onu ələ salan dostunu qətlə yetirib.

Milli.Az report-a istinadən xəbər verir ki, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib.

Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR