"Azərsu" kortirovka sorğusu elan edib

"Azərsu" kortirovka sorğusu elan edib
09:32 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ “Azərsu” ASC pompa ilə betontökmə işlərinin alınması məqsədilə kotirovka sorğusu elan edib.
"Report"un məlumatına görə, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti, 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinin tenderlərin təşkili şöbəsinə (əlaqələndirici şəxs: şöbə rəisi Murad Abışev murad.abishev@azersu.az +994124314767 (1087) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 14 mart saat 15:00- dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 14 mart saat 16:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-kortirovka-sorgusu-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR