Millimizin üzvü alman klubuna qələbə qazandırdı

Millimizin üzvü alman klubuna qələbə qazandırdı
09:37 11 Mart 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya II Bundesliqasında XXIV turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçını keçirib.

 

“Bənövşəyilər” doğma meydanda “Karlsrue” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Keçmiş komandasına qarşı görüşə start heyətində başlayan və sona qədər meydanda olan Nazarov matçdadkı yeganə qola imza atıb. O, 36-cı dəqiqədə penalti zərbəsi ilə fərqlənib.


Bu Nazarovun "Aue"nin heyətində vurduğu 4-cü qol olub. O, qollardan 3-nə penaltidən imza atıb.

 

Qeyd edək ki, 24 oyundan sonra aktivində 22 xal olan “Aue” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-alman-klubuna-qlb-qazandrd-t56841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR