"Qəbələ" və "Neftçi"nin futbolçuları Serbiyaya qarşı

"Qəbələ" və "Neftçi"nin futbolçuları Serbiyaya qarşı
09:37 11 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstan millisinin Serbiya və Latviya ilə oyunlar üçün heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Vladimir Vayss bu iki qarşılaşma üçün 24 futbolçunu sərəncamında görmək istəyib.

 

Qonşumuzun heyətində Premyer Liqamızda çıxış edən iki futbolçu da olacaq. Belə ki, “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ”li Nika Kvekveskiri Vaysın diqqətini çəkib.

 

Qeyd edək ki, Gürcüstan yığması Serbiya ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 24-də, Latviya ilə isə 3 gün sonra yoldaşlıq oyununda üz-üzə gələcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-v-quotneftciquotnin-futbolcular-serbiyaya-qar-t56840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR