Dünyanı dəhşətli faciə gözləyir

Son 20 ildə iqlim dəyişikliyi nəticəsində baş verən fəlakətlər zamanı 600 min nəfər dünyasını dəyişib.

Metbuat.az bildirir ki, Birləşmiş Millətlər Təşkilatının açıqladığı məlumata görə, bu müddət ərzində təbii fəlakətlərlə əlaqədar 4 milyard insan xəsarət alıb. İqlim dəyişiliklərindən ən çox zərər çəkən ölkələr isə Amerika Birləşmiş Ştatları (ABŞ), Çin, Hindistan, Banladeş, Tayland və digərləridir. Hesabata görə, son illər ərzində qasırğaların baş verməsi intensiv hal alıb. Bildirilir ki, dünyanın lider ölkələri arasında bu məsələ ilə bağlı fikir ayrılıqları birbaşa iqlim dəyişikliyinə gətirib çıxarır. Hesabatda vurğulanır ki, 20 ildə dünya ictimaiyyəti daha da acınacaqlı hallarla üzləşə bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR