Snayper və minaatanlardan mövqelərimiz atəşə tutuldu - CƏBHƏDƏN xəbər

Snayper və minaatanlardan mövqelərimiz atəşə tutuldu - CƏBHƏDƏN xəbər
09:52 11 Mart 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (20 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Göyarx, Ağdam rayonunun Mərzili, Nəmirli, Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/525097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR