Azərbaycanlı iş adamları Ukraynada baş tutacaq biznes foruma dəvət ediliblər

Azərbaycanlı iş adamları Ukraynada baş tutacaq biznes foruma dəvət ediliblər
10:02 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, martın 27-də baş tutacaq tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Forumda iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanli-is-adamlari-ukraynada-bas-tutacaq-biznes-foruma-devet-edilibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR