ABŞ-da aktiv neft-qaz quyularının sayında artım neft qiymətlərini azaldıb

ABŞ-da aktiv neft-qaz quyularının sayında artım neft qiymətlərini azaldıb
10:07 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı martın 4-dən martın 10-dək 12 ədəd və ya 1,59% artaraq 768-ə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 8 ədəd və yaxud 1,31% artaraq 617 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,42% artaraq 151 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalaraq 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 231 ədəd və yaxud 59,84%, qaz quyularının sayı isə 57 ədəd və yaxud 60,64%, ümumilikdə isə neft-qaz quyularının sayı 288 ədəd və yaxud 60% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 95,25% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 61,65% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-aktiv-neft-qaz-quyularinin-sayinda-artim-neft-qiymetlerini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR