Taksi sürücüsü həmkarını baltaladı - FOTO

Taksi sürücüsü həmkarını baltaladı - FOTO
10:12 11 Mart 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda taksi sürücüləri arasında baş verən dava zamanı qan tökülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında 10-UK-483 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət Allahverdi oğlu və həmkarı, "VAZ 21099" markalı minik avtomobilinin sürücüsü, 1964-cü il təvəllüdlü Nəcəfov Ramil Əliabbas oğlu arasında müştəriyə görə mübahisə yaranıb.

Onlar bir-birlərini təhqir edib. Bu zaman R.Nəcəfov avtomobilindən baltanı götürərək X.Nəsirovun başına zərbə endirib. X.Nəsirov ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Hadisəni törədən şəxs saxlanılıb.
 
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.     

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR