"Sovetski"də müasir yol infrastrukturu qurulur - FOTO/VİDEO

"Sovetski"də müasir yol infrastrukturu qurulur - FOTO/VİDEO
10:18 11 Mart 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Layihə Nəriman Nərimanov, Abdulla Şaiq,Balababa Məcidov, Mirzağa Əliyev, Füzuli küçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscıdı ətrafındaki yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulur. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metrtəşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa edilir.

Ümumilikdə Balababa Məcidov küçəsində işlərin 80%-i yerinə yetirilib. Yeni kommunikasiya xətləri çəkilib, yağış suları üçün drenaj xətti qurulub, küçənin asfaltlaşdırılması başa çatdırılmaq üzrədir. Hazırda digər küçələrdə torpaq yatağının və hamarlayıcı layın tikintisi, kommunikasiya xətlərinin köçürülməsi işləri uğurla aparılır. Bu işlərə paralel olaraq layihə çərçivəsində ərazi boyu kommunikasiya xətlərinin inşası işləri görülür. Artıq qaz xətləri üzrə 34%, elektrik xətləri üzrə 53%, su-kanalizasiya xətləri üzrə 38%, rabitə xətləri üzrə isə 25% işlər aparılaraq yekunlaşdırılıb.

Gülxar




Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/190920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR