Aypara taktikası ilə müharibə: ÜÇ TƏRƏFDƏN HÜCUM BAŞLAYIR

Aypara taktikası ilə müharibə: ÜÇ TƏRƏFDƏN HÜCUM BAŞLAYIR
10:43 11 Mart 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə, ABŞ və Rusiya Baş qərargah başçılarının Antalyada keçirdiyi toplantıda Ankaranın təqdim etdiyi 3 mərhələli Rakka planının detalları məlum olub.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Rakkanın İŞİD terror təşkilatından azad edilməsini nəzərdə tutan planda YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücləri –red.) yer verilməyib.

Türkiyə, ABŞ və Rusiya Baş qərargah başçılarının Antalya toplantısı martın 7-də keçirilib. Toplantıda əsas müzakirə mövzusu Suriya böhranı, həmçinin Rakkanın azad edilməsi üçün nəzərdə tutulan plan olub. Türkiyə tərəfi Rakka planında iştirak etmək istədiyini, ancaq bunun üçün YPG-nin əksəriyyət təşkil etdiyi Suriya Demokratik Güclərinin Rakka əməliyyatına daxil edilməməli olduğunu bildirib.

Əldə edilən məlumata görə, Türkiyə Rakkanın İŞİD-dən təmizlənməsi üçün 3 mərhələli yol xəritəsi ilə masaya oturub. Əməliyyat planına görə, PYD-nin nəzarətində olan Talabyad və Kobanidən, eyni zamanda Azad Suriya Ordusunun nəzarətindəki Əl-Babdan üçtərəfli dəhliz açılacaq. Hərbi qüvvələr Aypara şəklində açılan dəhlizdən Rakkaya doğru irəliləyəcək və koordinasiya tamamilə ortaq şəkildə təmin ediləcək.

Türkiyə ilə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ölkələri isə əməliyyata hava dəstəyi verəcək, qurudan isə Azad Suriya Ordusu ilə Suriya Demokratik Güclərinin tərkibində yer alan ərəblər və peşmərgə gücləri hərəkət edəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR