Sui-qəsdə şübhə yeri qoymayacaq AÇIQLAMA – VİDEO

Sui-qəsdə şübhə yeri qoymayacaq AÇIQLAMA – VİDEO
11:28 11 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən İstanbulda qəzaya uğrayan helikopterlə bağlı müəmma davam edir.

Publika.az timeturk.com saytına istinadən xəbər verir ki, Böyükçəkməcə mahalının bələdiyyə başçısı Həsən Akgünün son açıqlaması hadisənin arxasında sui-qəsdin olduğuna dair ehtimalı gücləndirir.

O, helikopterin televiziya qülləsinə çırpıldığı barədə iddianı təkzib edib. Bələdiyyə başçısı qüllədə toqquşmanı göstərən hər hansı izə rast gəlinmədiyini söyləyib.

“Vertolyot qülləyə dəysəydi, bir iz olardı. Qülləni ağcaqanad vurmur, vertolyot vurur. Vertolyot antenaya dəysəydi, qırılmalı idi”, - o deyib.

Televiziya qülləsinin səlahiyyətlisi Ramazan Atalay da vertolyotun qüllə ilə toqquşduğuna dair hər hansı səs eşitmədiyini bildirib.

Ərdoğanla Putinin görüşü vaxtı həyata keçirilən SUİ-QƏSD PLANI

Türkiyə-Rusiya yaxınlaşmasının Qərb cəbhəsində xoş qarşılanmadığı məlumdur.

Xatırladaq ki, dünən səhər saatlarında İstanbulda helikopter qəzaya uğrayıb. Türkiyənin “Eczacıbaşı holdinq”inə məxsus helikopterdə 7 nəfər - 2 pilot, 4 əcnəbi, bir türk olub. Helikopterdəki 4 əcnəbi Rusiya vətəndaşları olan biznesmenlər – Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badqara, digər ölən şəxs isə “Eczacıbaşı”nın Rusiya bölməsinin rəhbəri Selim Özen olub.

Helikopterin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya uçduğu saatlarda qəzaya uğraması hadisənin sadəcə bir qəza olmadığına dair şübhələrin yaranmasına gətirib çıxardı. Böyükçəkməcə mahalının bələdiyyə başçısı açıqlaması isə sui-qəsd ehtimallarını gücləndirir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR