Ruslan Abışov master-klass keçəcək

Ruslan Abışov master-klass keçəcək
11:47 11 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Martın 13-15-də IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc atletlər və həvəskar gənclərə cüdo, güləş və futbol üzrə master-klass keçəcəklər.

 

 

Fanat.Az “apasport.az”a istinadən xəbər verir ki, martın 13-də Olimpiya mükafatçılarımız Rüstəm Orucovla Elmar Qasımov cüdosevərləri başlarına toplayacaqlar. Master-klass “Neftçi” təlim-məşq bazasında olacaq. 

 

Güləş üzrə master-klass isə bir gün sonraya təsadüf edəcək. Hacı Əliyev Olimpiya Güləş Mərkəzində gənclər önünə çıxacaq.

 

Martın 15-də isə Azərbaycan millisinin və "Neftçi"nin şərəfini qoruyan Ruslan Abışov ustad dərsi keçəcək. O, futbolsevərləri Bayıl arenada gözləyəcək.

 

Qeyd edək ki, master-klassda iştirak edəcək insanlar yarışın feysbuk səhifəsində qalib gələnlər olacaq. 

 

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ruslan-abov-master-klass-kecck-t56844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR