Bakı Dəmiryol Vağzalında "Sleepbox" quraşdırılıb - FOTO

Bakı Dəmiryol Vağzalında "Sleepbox" quraşdırılıb - FOTO
11:47 11 Mart 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün "Sleepbox" quraşdırılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, "Sleepbox" qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər "Sleepbox"da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. 

"Sleepbox" isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. "Sleepbox"da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik "Sleepbox"dan istifadənin qiyməti müəyyən edilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR