Abdullah Gül və Əhməd Davudoğlu qaçırılaraq... – QORXUNC PLAN

Abdullah Gül və Əhməd Davudoğlu qaçırılaraq... – QORXUNC PLAN
11:48 11 Mart 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 2016-cı il iyulun 15-də edilən hərbi çevriliş cəhdinin mərkəzi Akıncı bazasını idarə edən FETÖ-çü polkovnik Əhməd Özçetinin avtomobilindən 26 nəfərin adının olduğu siyahı çıxıb.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Akıncı hərbi hava bazasının komandiri olan polkovnik eyni zamanda qiyamçıların yaratdığı “Yurdda Sülh Şurası”nın üzvü idi.

Həmin gün Ankaranı bombalayan F-16 qırıcıları da məhz Akıncı bazasından qalxıb.

Ankara Respublika Baş prokurorluğunun hərbi çevriliş cəhdi ilə bağlı apardığı istintaq zamanı Özçetinin avtomobilindəki bir zərfin içindən A4 ölçüsündəki sənədlərdən birinin “hədəf siyahı”sı olduğu müəyyən edilib. Siyahıya qaçırılması planlaşdırılan 26 nəfərin adı yazılmışdı.

Onların arasında keçmiş prezidenti Abdullah Gül, AKP-çi millət vəkilləri Bəşir Atalay, Yalçın Akdoğan və Emrullah İşler, Türkiyə Böyük Millət Məclisinin başçısı İsmayıl Kahraman, keçmiş baş nazir Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Nabi Avcı, daxili işlər naziri Süleyman Soylu, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və prezidentin baş məsləhətçisi Mustafa Varankın adları var idi.

Sözügedən siyahının FETÖ-cü qiyamçıların hazırladığı siyahılardan yalnız biri olduğu deyilir. Proseslər qiyamçıların istədikləri şəkildə inkişaf etsəydi, minlərlə insan qaçırılaraq girov saxlanılacaqdı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR