İqor Popov: “Həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər”

İqor Popov: “Həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər”
11:57 11 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ "Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər".
"Report"un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/rusiyali-hemsedr-hemsedr-olkeler-tezlikle-esasli-sulh-danisiqlarinin-baslanmasini-isteyirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR