Türkiyəli sənətçiyə silahlı hücum: vəziyyəti ağırdır

Türkiyəli sənətçiyə silahlı hücum: vəziyyəti ağırdır
11:58 11 Mart 2017
169 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli sənətçi Əmrah Qaraduman Əskişəhərdə bıçaqlı hücuma məruz qalıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, sənətçinin sürücüsü yaralanıb, özünün isə vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə onların qaldıqları otelin qarşısında baş verib. Ə.Qaradumanın yerləşdirildiyi xəstəxanadan sənətçinin həyatının təhlükədə olduğu bildirilib.

Ona bıçaqla hücum edən şəxs artıq polis tərəfindən saxlanılıb. Polis hələ ki, şübhəlinin adını açıqlamır.

Ə.Qaraduman daha çox bəstəkar kimi məşhurdur. Müğənni kimi isə Aleyna Tilki ilə birlikdə ifa etdiyi dueti ilə tanınıb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/190936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR