Sabah yağış yağacaq, çətiri unutmayın!

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR