Mirhüseyn “İnter”dən gedirmiş... - TƏFƏRRÜAT

Mirhüseyn “İnter”dən gedirmiş...  - TƏFƏRRÜAT
12:17 11 Mart 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Arif Əsədov dönəmində “Neftçi”dən uzaqlaşdırılan və “İnter”də qərar tutan Mirhüseyn Seyidovla baş məşqçi Zaur Svanadzenin münasibətləri qaydasında deyil. Fanat.Az-ın əldə etdiyi məlumata görə yarımmüdafiəçinin daha çox ehtiyatda qalmasının səbəbi də məhz budur.


 

Qışda klubu tərk etmək istəyən futbolçunun xidmətində maraqlı olan klublardan biri sonradan istəyindən vaz keçib. Seyidov isə “ağ-göylər”lə olan müqaviləsinə rəğmən, AZAL-a da keçməyə razıymış. Sadəcə, ortada pul söhbəti olub. “Təyyarəçilər” futbolçunun “İnter”lə müqaviləsinin müddəti bitənədək məvacibinin yarısını hazırkı klubunun ödəməsini istəyib. Lakin “ağ-göylər” bu varianta razılaşmayıb. Yarımmüdafiəçi mövsümün sonunda yeni ildən AFFA-nın himayəsinə keçən Bakı təmsilçisindən ayrılmağı planlaşdırır.


 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mirhuseyn-nterdn-gedirmi-t56845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR