Kral və kraliçadan xalqı təəccübləndirən hərəkət

Kral və kraliçadan xalqı təəccübləndirən hərəkət
12:23 11 Mart 2017
156 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiyada məhəllə parklarını təmizləyən insanları iki könüllü təəccübləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sakinlərin təəccübünə səbəb olan məqam onlara kömək edəcək şəxslərin kral Villem Aleksandr ilə kraliça Maksima olmasıdır.

Belə ki, Hollandiyanın kral və kraliçası iş geyimləri və əlçək geyinərək məhəllə sakinləri ilə birlikdə ətrafı təmizləyiblər.

Kraliça Maksima oturacaqları boyayıb, ağac əkib. Kral Vilhelm isə ağac əkib, onların dibini belləyib. Həmçinin, kral təmizlik, parkların yaşıllaşdırılması üçün lazım olan əşyaları daşıyıb.

Məhəllə sakinləri kral və kraliçanın onlara kömək etməsinin həqiqətən sürpriz olduğunu, göstəriş üçün deyil, həqiqətən işlədiklərini dilə gətiriblər.

Kral və kraliçanın “Hollandiya edər” tədbirinə qoşulmasının səbəbi xalqa dəstək olmaqdır. Kral fondu tərəfindən dəsəklənən bu layihə çərçivəsində insanlar cəmiyyət, ətraf mühit üçün könüllü şəkildə işləyir. İməcilikdən sonra kral göstərdikləri dəstəyə görə bütün könüllülərə təşəkkür edib.

Bildirib ki, Hollandiyada bu həftəsonu 350 min könüllü tərəfindən 9500 müxtəlif iş həyata keçiriləcək. Bu günlərdə uşaq parkları, hər bölgədə evlərin ətrafında uşaqlar üçün salınan heyvanxanalar təmizlənib, yenilənəcək. Bütün bunlar isə könüllülər tərəfindən iməcilik üsulu ilə həyata keçiriləcək.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR