Pakistanda hinduslar arasında nikah rəsmiləşdi - YENİ QANUN

Pakistanda hinduslar arasında nikah rəsmiləşdi - YENİ QANUN
12:27 11 Mart 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan parlamenti hindus milli azlığın nümayəndələri arasında nikahların bağlanmasını tənzimləyən qanun qəbul edib. Bu qanun ümummilli səviyyədə qəbul edilmiş ilk qanundur.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.

Əsasən müsəlmanların yaşadığı Pakistanda bir neçə milyon hindus yaşayır. Pakistanın əhalisinin ümumi sayı təxminən 200 milyon nəfərdir. 

İndiyə qədər nikahlar yalnız, hindusların daha çox yerləşdiyi Sind əyalətinin hakimiyyəti tərəfindən qəbul edilirdi. 

Belə qanunun qəbul edilməsi bu təriqətə qulluq edən qadınların evli olduqlarını təsdiqləyən sənədi ala biləcəklər deməkdir. 

Qanun, həmçinin nikaha daxil olma yaşının 18 olduğu da qeyd edilir. 

Hinduslar da xristianlar kimi Pakistanda azlıq təşkil edirlər və tez-tez diskriminasiya ilə rastlaşırlar. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR