Vüsalə Əlizadə ölüb-dirilməyindən danışdı: “Azərbaycanda böyrək köçürmədən sonra ana olan ilk qadınam”

Vüsalə Əlizadə ölüb-dirilməyindən danışdı: “Azərbaycanda böyrək köçürmədən sonra ana olan ilk qadınam”
12:43 11 Mart 2017
655 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aparıcı Vüsalə Əlizadə böyrək çatışmazlığından əziyyət çəkən zaman yaşadığı ağrılı-acılı günlərindən danışıb.

Publika.az xəbər verir ki, Vüsalə Əlizadə sosial şəbəkədə böyrək köçürmədən sonra ana olan ilk qadın olduğunu yazıb:

“Bu gün həyatımda çevriliş olan gündür. Tanrımın ölüb-dirilən bəndələrindənəm, bu şansı mənə verən Allahıma şükürlər olsun. Allahım mənə yaşamaq üçün ikinci şans verdi. Deməli, belə məsləhət imiş, Rəbbim dünyanın ən gözəl hədiyyəsi - Diləyi verəcəkmiş. Böyrək köçürmədən sonra Azərbaycanda dünyaya övlad gətirən ilk qadınam. Üç günlük komada yuxu kimi gördüyüm hər şeyi yaşadım. Bu özəlliyimə görə çox şanslı bəndəyəm. Allahıma, mənə canından can verən anama, kişi qeyrətli, bala qədri bilən, mənimlə əzabı bölüşən rəhmətlik atama borcluyam. İkinci doğum günüm, 15 yaşım mübarək”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/190938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR