AFFA-dan yenilik

AFFA-dan yenilik
11:57 7 Yanvar 2015
244 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunun təbliğatının daha yüksək səviyyədə həyata keçirilməsi məqsədilə bu gündən etibarən affa.az, affavideo.az və affatv.az saytlarını yeni dizayn və strukturda istifadəçilərin ixtiyarına verəcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın indiyə qədər fəaliyyətdə olan saytı 2005-ci ildə istifadəyə verilmişdi və ötən müddət ərzində bu sahədə baş verən yeniliklər nəzərə alınmaqla yeni veb səhifənin yaradılmasına ehtiyac duyulurdu.
 
Assosiasiyanın yeni saytı Fan Store, Online bilet satışı, Sponsorluq və satış, Virtual tur, Fan zona, İctimaiyyət (Könüllülər, Hakimlər, Məşqçilər) bölmələri AFFA ilə saytın istifadəçiləri arasında ünsiyyətin daha rahat və çoxşaxəli olmasına imkan verəcək. Yeni dizayna uyğun olaraq, siz AFFA-nın tədbrilərindən hazırlanmış videomateriallara, həmçinin canlı yayımlara affa.az saytına daxil olaraq birbaşa baxmaq imkanı əldə edəcəksiniz.
  
Yeni saytın istifadəyə verilməsi ilə əlaqədar olaraq, AFFA-nın FanStore-unda yalnız online alınan bütün mallara endirim kampaniyası da həyata keçiriləcək. Kampaniya 07 – 14 yanvar 2015 tarixlərində qüvvədə olacaqdır. Qeyd edək ki, bu tarixlərdə online alınmış bütün növ əmtəə məhsullarına 30% endirim tətbiq olunacaq və online mağazada endirimli qiymətlər göstəriləcəkdir.
  
Yeni saytda Xəbərlər, Axtarış və s. bölmələrdə keçmiş məlumatların tapılmasında müəyyən çətinliklərlə üzləşmək mümkündür. Bu istiqamətdə problemlə üzləşəcəyiniz təqdirdə “Köhnə sayt” düyməsi vasitəsilə keçid edərək lazımi informasiyaları əldə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR