IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər

IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri master-klass keçəcəklər
13:12 11 Mart 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri 13-15 mart tarixlərində “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsli olan gənclərə master-klasslar keçəcəklər.
Bu barədə "Report"a "Baku 2017"nin Əməliyyat Komitəsindən bildiriblər.
Üç gün davam edəcək master-klasslarda "Bakı 2017"nin rəsmi facebook səhifəsindəki müsabiqələrdə qalib olan şəxslər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlar iştirak edəcəklər.
Cüdo üzrə master-klass martın 13-də "Neftçi" klubunun təlim bazasında Olimpiya mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov tərəfindən təşkil olunacaq. Bir gün sonra Olimpiya Güləş Mərkəzində baş tutacaq güləş üzrə master-klassda isə Olimpiya mükafatçısı Hacı Əliyev iştirak edəcək.
Martın 15-də "Bayıl Arena"da reallaşacaq futbol üzrə master-klass isə Azərbaycan milli komandasının üzvü Ruslan Abışov tərəfindən keçiriləcək.
Qeyd edək ki, master-klassların məqsədi idmançı səfirlər tərəfindən yeniyetmə və gənc idmançıları həvəsləndirərək onlara idman karyeralarında dəstək verməkdir.



Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/iv-i-slam-hemreyliyi-oyunlarinin-idmanci-sefirleri-master-klass-kececekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR