İdmançımız dünya reytinqində "10-luğ"a düşdü

İdmançımız dünya reytinqində "10-luğ"a düşdü
13:27 11 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Hindistanda paytaxtı Dehlidə güllə atıcılığı üzrə keçirilən Dünya Kubokunun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan snayperi Ruslan Lunyov mövqeyini yaxşılaşdırıb.

25 m məsafəyə atəş açmada 3-cü olan təmsilçimiz 10 pillə irəliləməklə 10-cu yerə yüksəlib. O, aktivindəki xalların sayını 742-yə çatdırıb.
 
Lunyov 10 m atəş açmada 4 pillə geriləyib. İdmançımız 24-cü yerə enib. O, 50 m məsafədən hədəfi nişan almada isə 58-cidi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR