ŞOK: 19 yaşlı qız görüşə gedərkən yolda dondu - VİDEO

ŞOK: 19 yaşlı qız görüşə gedərkən yolda dondu - VİDEO
13:33 11 Mart 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Minnesota ştatında əsl möcüzə baş verib.

19 yaşlı Cin Hiliard dostu ilə görüşə gedib. Yolda maşını xarab olan qız təyin olunmuş yerə piyada getməyə başlayıb. Cin yorulduğu üçün görüş yerinə 5 metr məsafədə yıxılıb.

Dostu onun "ruh kimi” ağarmış bədənini səhər aşkarlayıb. O, Hiliardı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırıb. Həkimlər müəyyən ediblər ki, onun ürəyi zəif də olsa döyünür. Lakin qızın bədəni o qədər donub ki, ona iynə vurmaq mümkün olmayıb. Onlar xəstəni sadəcə termoədyalla bürüyüblər.

12 saatdan sonra qız özünə gəlib. Elə həmin gün Cin əl və ayağını tərpədə bilib. 2 gündən sonra isə o, xəstəxanadan evə buraxılıb.

(xezerxeber.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR