İdmançımız İranda çempion oldu

İdmançımız İranda çempion oldu
13:57 11 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku start götürüb. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Artıq komandamızın aktivində iki bürünc medal var.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ruslan Rzazadədən sonra onlardan daha birini - Allahyar Abışov 62 kq çəki dərəcəsində qazanıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq-ı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. Abışov təkanla qaldırma hərəkətində 142 kq-ı başı üzərinə qaldıraraq nisbətən zəif çıxış edib və bu hərəkətdə 3-cü olub.

Toplam 262 kq (120+142) nəticə göstərən Allahyar 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR