Bədii gimnastika üzrə bölgələrarası "Novruz Atəşi" və I Zirə Kuboku keçirilib - FOTO

Bədii gimnastika üzrə bölgələrarası "Novruz Atəşi" və I Zirə Kuboku keçirilib - FOTO
14:05 11 Mart 2017
279 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Zirə Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə bölgələrarası "Novruz Atəşi" və I Zirə Kuboku birinciliyi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışda 45 idmançı mübarizə aparıb. Zirə, Respublika Kompleks İdman Məktəbi, "Şağan" OİK, "Gömrükçü" İK, "Zabrat" İK, "Hövsan" OİK-dən olan paytaxt idmançıları ilə yanaşı "Zirvə" İK, Göyçay, Mingəçevir, Kürdəmir kimi region təmsilçiləri öz çıxışlarını nümayiş etdiriblər. İdmançılar fərdi şəkildə iştirak ediblər.

Yarışda 2001-2012-ci il təvəllüdlü gimnastlar iştirak edib. Birinciliyin B qrupunda yer almış 2010-cu il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Ayan Hüseynzadə, 2-ci yerə Nuray İbayeva, 3-cü yerə Ayan Qafarzadə, B qrupunda yer almış 2011-ci il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Nuray Yusifli, 2-ci yerə Yağmur Ağayeva, 3-cü yerə Züleyxa Əliyeva, C qrupunda yer almış 2009-cu il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Ayan Əlizadə, 2-ci yerə Ayan Ağayeva, 3-cu yerə Xalidə Əhmədova, C qrupunda yer almış 2011-2012-ci il təvəllüdlü alətsiz üzrə bölgə gimastları arasında 1-ci yerə Lamiyə Babayeva, 2-ci yerə Fidan Qurbanova, 3-cü yerə Taclıbəyim Cabbarlı layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











































Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR