Seda Sayan sevgilisindən ayrıldı - "Hər ikimiz üçün uğurlu olacaq"

Tanınmış türkiyəli müğənni Seda Sayan yenə ayrılıq xəbərləri ilə gündəmə gəlib. 

Metbuat.az bildirir ki, ifaçı 6 aydır sevgili olduğu Erkan Çeliklə yollarını ayırıb. Onların bu ayrılıq xəbəri mətbuatın gündəmini zəbt edib. Seda Sayan ayrılıqdan sonra 1 milyon izləyicisi olan "İnstagram" səhifəsini də bağlayıb:

“6 il ərzində Erkanla sevgi, dostluq, iş birliyi və s. münasibətləri birlikdə yaşadıq. Çətin və xoş günləri günləri paylaşdıq. Bəlkə işlərin gərginliyi, bəlkə digər səbəblər, yaxud, hislərin tükənməsi səbəbindən bu münasibət bitdi. Düşündük ki, ayrılıq hər ikimiz üçün də uğurlu yol olacaq. Bu günə qədər bir-birimizə dəyər verib, hörmətimizi saxlamışıq. Bu gündən sonra da bu belə davam edəcək”

Qeyd edək ki, bəzi türk saytlarında isə ayrılığa xəyanətin səbəb olduğu yazılır.

Rəvan Nasiroğlu / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR