Riçard Hoqland: Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır

Riçard Hoqland: Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır
15:17 11 Mart 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ “Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır. Bəzi dövrlərdə onlar tez-tez baş verir, bəzən nadir hallarda olur”.
“Report” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.
"Mən tezliklə belə bir görüşün baş verəcəyinə dair təəssürat yaratmaq istəməzdim. Amma ümid edirəm ki, görüş ən yaxın gələcəkdə baş tutacaq" - həmsədr bildirib.
Hoqland əlavə edib ki, hazırda Rusiya bu prosesdə aparıcı rola malikdir: "Bu, məni çox sevindirir. Minsk Qrupunun hər üç həmsədr ölkəsi birlikdə çalışır".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ricard-hoqland-azerbaycan-ve-ermenistan-arasinda-goruslerin-teskili-prosesi-her-zaman-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR