"Ermənistan rəhbərliyinin siyasi iradəsini sınaqdan keçirəcəyik" - AMERIKALI HƏMSƏDR

"Ermənistan rəhbərliyinin siyasi iradəsini sınaqdan keçirəcəyik" - AMERIKALI HƏMSƏDR
15:29 11 Mart 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

“Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”.
 
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib. O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır: "Biz hazırda fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində cəmləşdirmişik".
 
Diplomat xatırladıb ki, uzun illər ərzində Azərbaycan və Ermənistan prezidentləri görüşlər keçiriblər və yenə belə görüşlər təşkil olunmalıdır. O əlavə edib ki, hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.
 
R. Hoqlandın fikrincə, 25 il ərzində diplomatik fəaliyyət faciəvi hadisələrin qarşısını alıb: "25 il ərzində danışıqlar nəticəsiz qalsa da, diplomatik fəaliyyətin məqsədi həll üçün müəyyən şəraitin yaradılmasıdır. Hər 3 ölkə höküməti və həmsədrlər münaqişə tərəfləri siyasi iradə ortaya qoyanadək səylərini davam etdirəcək".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR