Əsəddən Trampa VETO: “Mümkün deyil!”

Əsəddən Trampa VETO: “Mümkün deyil!”
15:33 11 Mart 2017
153 Dünya
Ölkə mətbuatı
A- A+

Əsəd Rusiyanı İŞİD terror təşkilatı ilə mübarizə aparan tək real güc hesab edir.

Publika.az xəbər verir ki, bu haqda Suriya prezidenti Bəşər Əsəd Honkonqun “Phoenix TV” telekanalına müsahibəsində bildirib.

Əsəd qeyd edib ki, ABŞ-ın yeni administrasiyası ilə İŞİD-lə mübarizədə əməkdaşlıq imkanlarını praktik olaraq görmür.

“Dəməşq nəzəriyyədə terrorizmlə mübarizədə ABŞ prezidenti Donald Trampla əməkdaşlıq imkanlarını görür. Ancaq bu, təcrübədə hələlik mümkün deyil. Çünki Suriya və ABŞ arasında rəsmi səviyyədə əlaqələr yoxdur”, - dövlət başçısı izah edib.

O, həmçinin 2017-ci ildə ölkədə vətəndaş müharibəsinin başa çatacağına ümid etdiyini dilə gətirib: “Bizdə ümid var ki, müharibə bu il başa çatacaq. Ancaq bu, müharibədir və heç vaxt nə olacağını dəqiq bilmirsən”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR