"Nomura": 2017-ci ildə dollar avroya nisbətən 1,15 səviyyəsinə qədər ucuzlaşacaq

"Nomura": 2017-ci ildə dollar avroya nisbətən 1,15 səviyyəsinə qədər ucuzlaşacaq
15:47 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Dolların avroya nisbətən məzənnəsi cari 1,06 səviyyəsindən 1,15-ə qədər ucuzlaşa bilər. "Report", "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə proqnoz Yaponiyanın məşhur "Nomura" maliyyə holdinqinin analitikləri tərəfindən verilib. Proqnoza görə, avronun ucuzlaşması və dolların möhkəmlənməsinə səbəb Avropa Mərkəzi Bankının(ECB) istiqraz alışı proqramını dayandırması olacaq. Xatırladaq ki, ECB bu proqram vasitəsilə maliyyə bazarlarından özəl sektor istiqrazlarını alaraq likvidliyin artırılmasına nail olur. "Nomura"nın valyuta strategiya mütəxəssisi və analitiki Cordan Roçesterə(Jordan Rochester) görə, "ECB rəhbəri Mario Draqi ilin ikinci yarımilliyindən etibarən istiqraz alım proqramının dayandırılması barədə bəyanatlar verəcək".
Rochester ABŞ Federal Ehtiyat Sisteminin(FED) 2017-ci ildə uçot dərəcələrini 4 dəfə artıra biləcəyini bildirib. Belə olduğu təqdirdə onun fikrincə, dolların məzənnəsi yapon yeni ilə müqayisədə cari 115 səviyyəsindən 120-yə yüksələcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nomura-2017-ci-ilde-dollar-avroya-nisbeten-1-15-seviyyesine-qeder-ucuzlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR