Hər 3 dəqiqədə 1 qadına bu diaqnoz qoyulur

Hər 3 dəqiqədə 1 qadına bu diaqnoz qoyulur
15:48 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Dünyada hər 3 dəqiqədə bir qadına süd vəzi xərçəngi diaqnozu qoyulur.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Trakya universitetinin cərrahı Atakan Sezar deyib.

Həkim dünyada hər il 11 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulduğunu deyib.

“Qadınlar arasında ən çox rast gəlinən xərçəng süd vəzi xərçəngidir. Qadınların xərçəngdən ölüm halında da birinci yerdə süd vəzi xərçəngi durur. Belə ki, dünyada xərçəng xəstəliyindən ölən hər 5 qadından birinin ölüm səbəbi süd vəzi xərçəngidir”.

Həkim qadınlara bir sıra məsələhətlər də verib:

“Bu xəstəliyin vaxtında aşkarlanması müalicə üçün vacib addımdır. Ona görə də 20-40 yaş arasındakı hər bir qadın mütəmadi olaraq süd vəzi müayinəsindən keçməlidir. Mensturasiyanın 5-8-ci günlərində süd vəzinizi müayinə edin. Süd vəzisində hər hansı sərtlik, axıntı, süd vəzinin başının içəri doğru çəkilməsinə diqqət edilməlidir.

40 yaşdan sonra hər bir qadına ildə bir dəfə süd vəzisinin ultrasəs müayinəsindən keçməyi tövsiyə edirik”-deyə həkim bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/190957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR