Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib
15:52 11 Mart 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 mart. REPORT.AZ/ Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşərək hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-silahli-quvvelerinin-herbi-akademiyasinda-pakistanin-numayende-heyeti-ile-gorus-kecirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR