Universitet rəhbərliyi yaralı tələbələrə baş çəkdi - FOTO

Universitet rəhbərliyi yaralı tələbələrə baş çəkdi - FOTO
16:18 11 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu gün Sumqayıt Dövlət Universitetinin dekanları Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə alan yaralı tələbələrı baş çəkib, onların vəziyyəti ilə maraqlanıblar.

Bu barədə Publika.az-a Universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili məlumat verib.

N.Cəlili bildirib ki, mütəmadi olaraq universitet rəhbərliyi, fakültə dekanları və tələbələr Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Bakı şəhər 1 nömrəli Klinik Tibbi Mərkəzdə müalicə alan tələbələrimizə baş çəkir, onların səhhəti ilə maraqlanırlar.

“Tələbələrimizin müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hazırda xəstəxanada 5 yaralı tələbəmiz - Oqtay Əsgərli, Aytən Quluzadə, İlahə Baxışova, Aydan Mürsəlzadə, Xavər Fərzəliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında, 2 nəfər tələbəmiz- Rəsul Sadıqov, Emin Həmidov isə Bakı şəhər 1 nömrəli Klinik Tibbi Mərkəzdə müalicə alırlar, onlar həkim nəzarəti altındadırlar. Bütün tələbələrimizin tezliklə sağalmasını və ailələrinə qovuşmasını arzu edirik”.

Gülxar




Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/190961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR